Mingəçevir və Ağcabədi şəhərlərinin qaz təchizatında fasilə yaranacaq.
Publika.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadla xəbər verir.
Bildirilib ki, Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək "Mingəçevir 1 xətt" ölçü qovşağının üzərində quraşdırılmış kollektordan qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
 
                        