EN

Faiq Mütəllimova yeni vəzifə verildi - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Ekologiya.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.

O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəliyinə təyinat alıb.

Qeyd edək ki, 2013-cü ildən nazirlikdə çalışan Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.

Chosen
21
20
ekologiya.az

10Sources