EN

Dati: Luvr muzeyinin təhlükəsizlik sistemləri oğurluq günü düzgün işləyib - ÖZƏL

Luvr muzeyində baş verən oğurluq zamanı muzeyin təhlükəsizlik sistemləri tam fəaliyyət göstərib.

Olaylar xəbər verir ki, bu barədə Fransa mədəniyyət naziri Raşida Dati Milli Assambleyada deputatların suallarını cavablandırarkən bildirib.

"Muzeyin təhlükəsizlik sistemi işə düşüb," - deyə nazirin sözlərini BFMTV yayıb.

Raşida Dati eyni zamanda "ümumi istifadədə olan yollarda təhlükəsizliyin təminatına" şübhə ilə yanaşdığını qeyd edib.

Nazir Luvrda baş verən hadisəni "bütün Fransa cəmiyyəti üçün dərin yara" adlandırıb.

Xatırladaq ki, 19 oktyabr tarixində naməlum şəxslər Parisdə yerləşən muzeydən III Napoleon və onun həyat yoldaşına məxsus zərgərlik məmulatlarını oğurlayıblar. Fransa Mədəniyyət Nazirliyinin məlumatına görə, Luvrdan səkkiz ədəd qiymətli bəzək əşyası aparılıb.

"Le Parisien" nəşrinin məlumatına əsasən, cinayəti dörd nəfərdən ibarət qrup törədib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources