EN

"Birlik - 2025" birgə təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanhərbçilərinin iştirakı ilə Səmərqənd vilayətində təşkil olunan"Birlik - 2025" birgə regional təliminin oktyabrın 21-də “YüksəkSəviyyəli Müşahidəçi Günü” keçirilib.

Trend bu barədəMüdafi Nazirliyinə istinadən xəbər verir.

Tədbirdə Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov, Özbəkistan Respublikasının müdafiənaziri general-leytenant Şuhrat Xalmuxamedov, eləcə də iştirakçıölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Regional təlimin tapşırıqları və mərhələləri barədə qonaqlaraməlumat verildikdən sonra təlim poliqonunda müxtəlif epizodlarpraktiki yerinə yetirilib.

Yüksək səviyyəli qonaqlar birgə komanda məntəqəsinin iş prosesiilə tanış olublar.

Daha sonra Özbəkistan Respublikası Müdafiə Nazirliyi nəzdindəMüdafiə Sənayesi agentliklərinin istehsalı olan silah və hərbitexnika nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan və Özbəkistan müdafiə nazirləri, eləcə də digəryüksək səviyyəli qonaqlar "Birlik - 2025" birgə regional təlimininbağlanış mərasimində iştirak ediblər.

General-polkovnik Z.Həsənov tədbirdə çıxış edərək təlimin yüksəksəviyyədə təşkilinə görə özbəkistanlı həmkarına təşəkkürünübildirib, iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərindəuğurlar arzulayıb. "Birlik - 2025" birgə regional təliminingedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığıyüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

Chosen
101
19
az.trend.az

10Sources