EN

Latviya və Azərbaycan İKT sektorunda qarşılıqlı əməkdaşlığa maraqlıdır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 oktyabr, AZƏRTAC

Latviya və Azərbaycan İKT sektorunda qarşılıqlı fayda əldə edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Latviya Ticarət və Sənaye Palatasının (LCCI) yeni təyin olunmuş sədri Katrina Zarina "Central Baltic - Azerbaijan Business forum & Gala Event" tədbirində deyib.

"Hazırda Latviya ilə Azərbaycan arasında ticarət əlaqələri inkişaf edir. Biz görürük ki, Azərbaycan imkanlar axtarır və getdikcə qeyri-neft sektorlarına sərmayələr yatırır. Son illər biz informasiya-kommunikasiya texnologiyaları sahəsində, eləcə də davamlı inkişaf və ətraf mühitin mühafizəsi ilə bağlı çox şey öyrənmişik. Düşünürəm ki, bu sahələr Azərbaycan şirkətlərini də maraqlandırır və biz orada hər kəs üçün qarşılıqlı fayda əldə edə bilərik”, - deyə K.Zarina əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
113
azertag.az

1Sources