ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hurriyyet.az xəbər verir ki, İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək. "Armenpress" nəşrinin məlumatına görə, oktyabrın 21-i və 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.
Müzakirələrdə avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşdən irəli gələn məsələlər, cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar, həmçinin, iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.
Tədbir Azərbaycan və Ermənistan arasında dialoqun və əməkdaşlığın inkişafı məsələlərinin birgə həll yollarının müəyyənləşdirilməsi və fikir mübadiləsi üçün platforma rolunu oynayacaq.
Hürr Tərcüman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.