Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun PSV - "Napoli" görüşü öncəsi İtaliya klubunun 180 azarkeşi polis tərəfindən saxlanılıb.
QOL.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
Ötən gün "Napoli" azarkeşləri Niderlandın Eyndhoven şəhərinin mərkəzində təhlükəsizlik qaydalarını pozublar. Belə ki, bir qrup italyan azarkeş şəhərin mərkəzini tərk etmək əmrinə məhəl qoymayıb. Nəticədə onlar saxlanılıblar və avtobusla polis bölməsinə aparılıblar. Orada məlum olub ki, onlardan bəzilərinin həmin axşam keçiriləcək oyun üçün bileti belə yoxdur.
Sözügedən azarkeşlər Niderlanddan qovulublar.
Qeyd edÉ™k ki, PSV - "Napoli" matçı bu gün keçirilÉ™cÉ™k vÉ™ Bakı vaxtı ilÉ™ saat 23:00-da baÅŸlayacaq.Â
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.