ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Rusiyada "Avito" internet mağazasında Fransanın Luvr muzeyindən oğurlandığı ehtimal olunan qiymətli əşyalarla bağlı 250 milyon rubl (təxminən 5.2 milyon manat - red.) məbləğində elan yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a məlumat yayıb.
Saytda Fransa kraliçası Mariya Amaliyanın zinət əşyaları dəstini əldə etmək təklif olunub.
Hazırda elanlar yoxlama ilə əlaqədar servis tərəfindən bloklanıb.
Qeyd edək ki, "Avito" - Rusiyada məhsul, daşınmaz əmlak, vakansiyalar və əmək bazarında CV-lər, eləcə də xidmətlərlə bağlı elanların yerləşdirilməsi üçün nəzərdə tutulmuş internet servisdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.