EN

Bakıda məktəbin ərazisində yanğın olub - YENİLƏNİB

Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbin ərazisində yanğın qeydə alınıb.

APA xəbər verir ki, yanğın məktəbin həyətyanı sahəsindəki kolluq ərazidə qeydə alınıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri tərəfindən ətrafa yayılmadan söndürülüb.

***

20:13

Bakıda məktəbdə yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, yanğın Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbdə qeydə alınıb.

Əraziyə FHN qüvvələri və polis əməkdaşları cəlb edilib.

Sənan Bəhrəmli

Chosen
109
4
apa.az

10Sources