EN

"Bavariya" Kompani ilə müqaviləni uzadıb

“Bavariya” klubunun baş məşqçisi Vensan Kompani işini komandada davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər yeni müqavilə imzalayıb və Kompani 2029-cu ilə qədər klubun baş məşqçisi olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, onun əvvəlki müqaviləsi 2027-ci ildə başa çatmalı idi.

39 yaşlı mütəxəssis ötən ilin yayında “Bavariya”ya baş məşqçi təyin olunub və Tomas Tuhelin yerini tutub. Onun rəhbərliyi altında klub Almaniya çempionu olub və Superkuboku qazanıb.

Cari mövsümdə Bundesliqada “Bavariya” bütün yeddi oyunu qələbə ilə başa vuraraq turnir cədvəlində liderliyini qoruyur. Komandanın aktivində 21 xal var və ən yaxın rəqibindən fərq artıq beş xala çatıb.

Chosen
42
90deqiqe.az

1Sources