EN

Hülkenberq: “Formula-1”in bossu Ferstappendir”

İsveçrənin “Kick-Sauber” komandasının alman pilotu Niko Hülkenberq dördqat “Formula-1” çempionu və “Red Bull” pilotu Maks Ferstappenin uğurlu çıxışını şərh edib.

İdman.Biz bildirir ki, Ferstappen ötən həftə ABŞ Qran-prisində qalib gəlib.

“Onun “Red Bull” ilə etdikləri sadəcə inanılmazdır. Maks öz səviyyısini nümayiş etdirir və sübut edir ki, o, əsl dördqat dünya çempionu və “Formula-1”in bossudur. İndi o, hər şeyə rəhbərlik edir”, - Hülkenberq deyib.

Maks Ferstappen hazırda 346 xalla “Formula-1” sürücülərinin turnir cədvəlində üçüncüdür.

İdman.Biz

Chosen
31
1
idman.biz

2Sources