EN

“Verstappenlə mübarizə aparmaq mümkün deyildi, amma...”

“Maklaren” komandasının pilotu Lando Norris ABŞ Qran-Prisində çıxış edərək ikinci yeri tutduğu yarış barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı pilotçu bu barədə podkastda qeyd edib:

“Əlbəttə, Maksla mübarizə aparmaq istəyərdim, amma əgər nəzərə alsaq ki, ‘Ferrari’ni belə çətinliklə keçdim, Ferstappenlə rəqabət aparmaq mümkün olmazdı. Titul uğrunda mübarizə zamanı ehtiyatlı olmalı oldummu? Xeyr, bu heç nəyi dəyişmir. Birinci döngədən sonra qalib gəlmək üçün əlimdən gələni etdim, amma bu kifayət etmədi. İndi üç pilot çempionluq uğrunda mübarizə aparır. Maks əla iş görür, maşını güclüdür və onu maksimum istifadə edir, hər zaman olduğu kimi. Qarşımızda gərgin mübarizə var. Ümid edirəm ki, bəzi yarışlarda biz daha sürətli olacağıq, bəzilərində isə onlar üstün olacaqlar. Görək nə edə bilərik.”

Qeyd edək ki,qalib “Red Bull” pilotu Maks Verstappen olub.Yarışa start verildikdən sonra “Ferrari” pilotu Şarl Lekler “soft” təkərlərlə Norrisi geridə saxlayıb və uzun müddət onu qabaqlamağa imkan verməyib. Bu isə britaniyalı pilotun Verstappeni keçmək üçün tempini istifadə etməsinə mane olub.

Chosen
27
90deqiqe.az

1Sources