EN

Hindistan Əfqanıstanda səfirlik açır

BAKI, 21 oktyabr. TELEQRAF

Hindistan hökuməti Kabildəki diplomatik nümayəndəliyini səfirlik statusuna yüksəldilib.

Teleqraf xəbər verir ki, bu barədə "Live Hindustan" məlumat yayıb.

Qərar Əfqanıstan Talibanının xarici işlər nazirinin Hindistana rəsmi səfərindən sonra qəbul edilib.

Taliban 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra Hindistanın Kabildəki səfirliyini bağlayıb. 2022-ci ilin iyunundan isə paytaxtda yalnız texniki missiya fəaliyyət göstərib.

Bu artım Nyu-Dehlinin Əfqanıstanla ikitərəfli əməkdaşlığı, o cümlədən humanitar yardım, inkişaf, tikinti və infrastruktur təşəbbüslərini gücləndirmək niyyətində olduğuna işarədir.

Chosen
110
2
teleqraf.com

3Sources