“Red Bull” komandasının avtosport üzrə müşaviri Helmut Marko ABŞ Qran-Prisində Maks Verstappenin qələbəsindən sonra “Maklaren”in rəqiblərinə qarşı əvvəlki kimi böyük üstünlüyünün qalmadığını bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sportskeeda" Markonun dediklərini belə çatdırıb.
“Aydındır ki, artıq ‘Maklaren’ əvvəlki kimi sərbəst çıxış edə bilməz. Piastriyə də ABŞ Qran-Prisində asan olmayıb. Ümid edirəm, bu tendensiya davam edəcək.”
Qeyd edək ki, hazırda 27 yaşlı dördqat F-1 çempionu Maks Ferstappen fərdi hesabda üçüncü yerdədir və lider “Maklaren” pilotu Oskar Piastridən cəmi 40 xal geri qalır.