EN

İngiltərə klubu 1 həftəlik qapıçı transfer edib

Ajans.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Bristol Siti"nin 30 yaşlı qapıçısı Co Lamli cəmi 7 günlük icarə əsasında "Şeffild Uensdey" kollektivinin sıralarına qoşulub. Çempionşip təmsilçisi bu addımı əsas qapıçı İtan Horvatın cəzalı duruma düşməsi səbəbindən atıb.

Qeyd edək ki, "Şeffild Uensdey" hazırda İngiltərə Çempionşipinin turnir cədvəlində sonuncu - 24-cü pillədə qərarlaşıb.

Chosen
77
3
Ajans.az

5Sources