EN

Yaponiyanın ilk qadın baş naziri Takaiçi Sanae and içərək vəzifəsinə başladı

Yaponiyanın ilk qadın baş naziri Takaiçi Sanae and içərək vəzifəsinə başladı

Yaponiyanın yeni baş naziri Takaiçi Sanae and içərək rəsmi şəkildə vəzifəsinə başlayıb.

Kyodo agentliyinin xəbərinə görə, hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Takaiçi üçün Tokiodakı İmperator Sarayında mərasim keçirilib.

Mərasimdə imperator Naruhitonun hüzurunda and içən Takaiçi ölkənin ilk qadın baş naziri kimi vəzifəyə rəsmi şəkildə başlayıb.

Baş nazirin ümumi işlər üzrə katibi Minoru Kihara kabinet üzvlərinin siyahısını açıqlayıb. Məlumata görə, LDP deputatı Satsuki Katayama Yaponiyanın ilk qadın maliyyə naziri olub, Kimi Onoda isə iqtisadi təhlükəsizlik naziri vəzifəsinə təyin edilib.

ABŞ-la gömrük tarifləri danışıqlarını aparan Ryosei Akazava ticarət naziri, Şinçiro Koidzumi müdafiə naziri, Toşimitsu Motegi isə xarici işlər naziri kimi fəaliyyət göstərəcək.

Daxili işlər və rabitə naziri Yoşimasa Hayaşi, ədliyyə naziri Hiroşi Hiraguçi, təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Yohei Matsumoto, səhiyyə, əmək və sosial təminat naziri isə Keniçiro Ueno təyin olunub.

Chosen
12
afn.az

1Sources