EN

Həccə getmək yenə bahalaşdı: 10 370 manat oldu

Həccə getmək yenə bahalaşdı: 10 370 manat oldu

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyinin tövsiyəsi əsasında Həcc ziyarəti üçün sənədlərin qəbuluna artıq start verilib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

“Vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən dindarlar üçün sənədlərin qəbuluna başlayıb. Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6100 ABŞ dolları (10 370 manat) müəyyən edib.

Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);2) Şəxsiyyət vəsiqəsinin surəti;3) 5×5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);4) Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 22 oktyabr 2025-ci il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Qeyd olunur ki, yerlər məhduddur və sənədlərin qəbulu prosesinin daha erkən başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları (10 115 manat) təşkil edib.

Chosen
63
40
afn.az

10Sources