EN

Daha bir güləşçimiz dünya çempionatının FİNALINDA

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın daha bir təmsilçisi yarışda finala yüksəlib.

55 kq çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev yarımfinalda iranlı Armin Şamsipurhacıya qalib gəlib. Bununla da o, adını finala yazdırıb.

Qeyd edək ki, ötən gün Ziya Babaşov (63 kq) mundialın finalına yüksəlmişdi.

Bizim.Media

Chosen
58
7
bizim.media

8Sources