Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 21-də Gürcüstana işgüzar səfərə gəlib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və digər rəsmi şəxslər qarşılayıblar.
 
                        