EN

NATO Baş katibi Mark Rutte ABŞ-yə təcili səfər edir

NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla görüşmək üçün təcili səfərdə ABŞ-yə uçur.

Trend-in məlumatına görə, bu barədə alyansın mətbuat xidməti açıqlama verib.

Açıqlamada bildirilir: “NATO-nun baş katibi Mark Rutte oktyabrın 21-22-də Vaşinqtona səfər edəcək. O, ABŞ Prezidenti Donald Trampla görüşəcək. Mətbuat brifinqləri olmayacaq”.

Qeyd olunub ki, bu səfər baş katibin əvvəlcədən planlaşdırılmış gündəliyinə daxil edilməyib.
Chosen
23
3
sherg.az

5Sources