EN

ABŞ prezidenti Ukraynada atəşkəsə ümid edir

BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp bildirib ki, həm Rusiya lideri Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada gedən münaqişənin sona çatmasını istəyirlər.

Teleqraf xəbər verir ki, bu barədə o, Ağ Evdə hind bayramı Divali münasibətilə keçirilən tədbirdə danışıb.

“Düşünürəm ki, Putin bunun bitməsini istəyir. Zelenski də bitməsini istəyir. Və mən inanıram ki, bu, sona çatacaq”, – deyə Tramp vurğulayıb.

O, həmçinin Ukraynada atəşkəs üçün şansın olduğunu düşündüyünü bildirib.

Tramp əlavə edib ki, Ukrayna münaqişəsi əvvəllər üçüncü dünya müharibəsinə səbəb ola bilərdi, lakin indi bu təhlükənin artıq olmadığını qeyd edib.

Chosen
42
teleqraf.com

1Sources