BAKI, 22 oktyabr. TELEQRAF
Cənubi Koreya ordusunun məlumatına görə, Şimali Koreya (KXDR) Yaponiya dənizi istiqamətində ballistik raket buraxıb.
Teleqraf xəbər verir ki, hadisə barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bu, Cənubi Koreyanın yeni prezidenti Li Çje Myonun hakimiyyəti dövründə ilk raket buraxılışı kimi qeyd olunur.