EN

Putin Tramp görüşü buna görə ləğv edilibmiş

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Macarıstanda keçiriləcək görüş Sergey Lavrov  və Marko Rubio arasında gərgin telefon danışığından sonra ləğv edilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

“Rusiya və ABŞ diplomatları oktyabrın 20-də danışıblar. Jurnalistlərin sözlərinə görə, onların söhbəti uğursuz keçib. Rusiya xarici işlər naziri Sergey Lavrov söhbət zamanı ABŞ dövlət katibi Marko Rubioya Moskvanın hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulması təklifi ilə razılaşmadığını bildirib”, – deyə nəşr yazıb.

Qeyd edək ki, oktyabrın 16-da Putin və Tramp arasında telefon danışığı olmuşdu və onlar Macarıstanda şəxsən görüşmək barədə razılığa gəlmişdilər.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
globalinfo.az

1Sources