"Qarabağ"ın əsas komandası olduğu kimi gəncləri də Bilbaodadır.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin U-19 komandası "Atletik"li yaşıdları ilə üz-üzə gələcək. UEFA Gənclər Liqasında iştirak edən təmsilçimizin matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Bilbao klubunun U-19 komandası ilk 2 oyunda qələbə qazanmağı bacarıb və 6 xalı var. "Qarabağ"ın gəncləri isə hər iki oyunda məğlub olub.

Bu gün "Sabah" U-19 da mübarizəyə qoşulacaq.

"Bayquşlar" turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada "Nant"ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək.

Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.