EN

Çempionlar Liqasında həyəcan: “Qarabağ” bu axşam “Atletik”in qonağı olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxacaq.

NOCOMMENT.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda İspaniyada “Atletik Bilbao” ilə qarşılaşacaq.

Oyun “San Mames” stadionunda Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Qarşılaşmanı xorvatiyalı hakim İqor Payaç idarə edəcək.

Hazırda “Qarabağ” 6 xalla turnir cədvəlində 10-cu yerdə qərarlaşıb. İlk iki görüşdə məğlub olan “Atletik” isə 35-ci pillədədir.

Xatırladaq ki, “Qarabağ” I turda Portuqaliyada “Benfika”ya qarşı 3:2 hesablı qələbə qazanıb, II turda isə Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub edib.

Chosen
46
1
nocomment.az

10Sources