EN

Azərbaycanda illik inflyasiya 5,7 faiz olub

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Hazırda illik inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığı trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% səviyyəsində olub.

Oxu.Az AMB-yə istinadən xəbər verir ki, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib.

Eyni dövrdə illik baza inflyasiya 4.9% səviyyəsində qeydə alınıb.

Mərkəzi Bank bildirir ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalır və bu, qlobal əmtəə qiymətlərində dalğalanmalara səbəb olur.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artıb, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb.

BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb - 4.2%, 2026-cı ilə dair proqnozunu isə cüzi artıraraq 3.7% səviyyəsində müəyyən edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
6
oxu.az

7Sources