EN

ABŞ dövlət katibi Rubbio İraqın baş naziri əs-Sudani ilə telefon danışığı aparıb

Tərəflər İraq-Türkiyə neft boru kəmərinin işə salınması və təhlükəsizlik məsələlərini müzakirə ediblər...

Poliqon xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubbio İraqın baş naziri Məhəmməd Şiya əs-Sudani ilə telefon danışığı keçirib. Danışıq zamanı tərəflər ABŞ-İraq iqtisadi əməkdaşlığının inkişafı və regionda enerji ticarətinin bərpası ilə bağlı məsələləri müzakirə ediblər.

Rubbio bildirib ki, İraq-Türkiyə neft boru kəmərinin yenidən fəaliyyətə başlaması həm İraq, həm Türkiyə, həm də Amerika şirkətləri üçün iqtisadi baxımdan mühüm faydalar gətirəcək. O, ABŞ şirkətlərinin İraq iqtisadiyyatına daha aktiv şəkildə cəlb olunmasının vacibliyini vurğulayıb və Vaşinqtonun bu istiqamətdə davamlı dəstək göstərəcəyini qeyd edib.

Dövlət katibi, həmçinin, İranda təsir altında olan silahlı qruplaşmaların tərksilah edilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu qruplar İraqın suverenliyini sarsıdır, ölkənin təhlükəsizliyinə və iqtisadiyyatına zərbə vurur, həmçinin yerli resursları İrana yönəldirlər.

Tərəflər gələcəkdə Vaşinqton və Bağdad arasında təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.

Poliqon.info

Chosen
135
poliqon.info

1Sources