EN

Bakı Konqres Mərkəzi 2,3 milyon manata avtomobillər alacaq

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən "Bakı Konqres Mərkəzi" MMC xidməti minik avtomobillərinin alınması ilə bağlı tender elan edib.

BAKU.WS-in məlumtına görə, satınalma üzrə ümumi ehtimal olunan dəyər 2 milyon 387 min manat təşkil edir.

Tender çərçivəsində E-seqment (Full-size) və D-seqment (Mid-size) sinifli hibrid mühərrikli xidməti sedan avtomobillərinin alınması planlaşdırılır.

Yeni xidməti avtomobillərin alınması "Bakı Konqres Mərkəzi"nin nəqliyyat parkının yenilənməsi, idarəetmə proseslərinin çevikləşdirilməsi və ekoloji baxımdan daha səmərəli avtomobillərin istifadəyə verilməsi məqsədini daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
79
2
baku.ws

3Sources