EN

ABŞ-nin vitse-prezidenti bu gün Qüdsdə Netanyahu ilə görüşəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bu gün Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, Vens və Netanyahu arasındakı görüş saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) baş tutacaq.

Məlumata görə, Vens daha sonra günorta saatlarında İsrail Prezidenti İsaak Hersoqla görüşəcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
18
missiya.az

1Sources