EN

Birgə səylərimiz nəticəsində nəqliyyat, logistika və tranzit sahələrində yeni təşəbbüslər həyata keçiriləcək – Əli Əsədov

Bakı. Trend:

Bu gün biz artıq neft-qaz sahəsindəki uğurlu əməkdaşlığımızıyeni mərhələyə yüksəldərək, yaşıl enerji istiqamətində inkişafetdiririk.

Trend-inməlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək YoluForumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstan bərpa olunanenerji mənbələrinin inkişafı və “Xəzər – Qara dəniz – Avropa YaşılEnerji Dəhlizi” təşəbbüsü çərçivəsində də güclü tərəfdaşlar kimiçıxış edirlər.

“Bu, bizim gələcəyə yönəlmiş ortaq baxışımızın və dayanıqlıinkişaf prinsiplərinə sadiqliyimizin göstəricisidir.

Şübhə yoxdur ki, çoxtərəfli əməkdaşlıq regionda sabitliyin,qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinəxidmət edir.

Biz inanırıq ki, qarşıdakı illərdə birgə səylərimiz nəticəsindənəqliyyat, logistika və tranzit sahələrində yeni təşəbbüslər həyatakeçiriləcək, regionun geoiqtisadi əhəmiyyəti daha da artacaq.

Azərbaycan regionun tranzit və enerji potensialının tamreallaşdırılması, dayanıqlı logistik zəncirlərin və yaşıl enerjidəhlizlərinin qurulması üçün bundan sonra da öz səyləriniəsirgəməyəcəkdir. Bu istiqamətdə bütün tərəfdaşlarla açıq vəqarşılıqlı faydalı əməkdaşlığa hazırıq”, - deyə Əli əsədovvurğulayıb.

Məqalədə:
Chosen
99
1
az.trend.az

2Sources