EN

Ötən ay DSMF də 41 minə yaxın vətəndaş qəbul edilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 40 min 523 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin vətəndaşların 124-ü fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 764-ü fondun Aparatının Qəbul Mərkəzində, 2 min 147-si mərkəzi, 36 min 488-i isə regional filiallarda qəbul ediliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
azertag.az

1Sources