EN

Ölkənin strateji valyuta ehtiyatları $81 mlrd.-ı keçib – AMB deyir bu, 37 aylıq idxalı qarşılaya bilir

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 10.5 mlrd. dollar və ya 14.7 faiz artıb.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Beləliklə Dövlət Neft Fondu və AMB-nin ümumilikdə xarici valyuta ehtiyatlarının həcmi 81.4 mlrd. ABŞ dollarına yüksəlib.

AMB-nin valyuta ehtiyatları isə 11.3 mlrd. dollar təşkil edib.

Baş bankir əlavə edib ki, tədiyə balansının statistikasına baxdıqda, ölkəmizin valyuta ehtiyatları 37 ay mal və xidmətlərin  idxalını ödəyə bilir.  Geniş manat kütləsini (M2), daha sadə dildə desək, dünyada olan bütün manatların həcmini nəzərə alsaq 3.7 dəfə üstələyir.

Chosen
33
banker.az

1Sources