Azərbaycanın strateji valyuta ehtiyatları artıb.
Modern.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, ölkəmizin strateji valyuta ehtiyatları 14,7% və ya 10,5 mlrd. artaraq bu il 81,5 mlrd. dollara bərabər olub.
O bildirib ki, AMB-nin valyuta ehtiyatları 11,31 mlrd. dollara çatıb.
“Ölkənin strateji valyuta ehtiyatları 37 ay mal və xidmətlərin maliyyələşməsinə kifayət edir, bu isə kifayət qədər yüksək göstəricidir”- AMB sədri əlavə edib.