ain.az, Sherg.az portalına istinadən məlumat verir.
“Ən maraqlı məsələ budur ki, Naxçıvanın quru sərhədləri açıqdır - amma buna baxmayaraq, turist sayında kəskin azalma var, gələn yoxdur”
Naxçıvan turistlər üçün cəlbedici məkana çevrilmək imkanlarına malikdir. Təəssüf ki, bu imkanlar hələ də lazımi səviyyədə realizə edilmir. Bu fikirlər iqtisadçı Natiq Cəfərliyə məxsusdur.
N.Cəfərli Sherg.az-a açıqlamasında turist sayı ilə bağlı mövcud statistik rəqəmləri şərh edərkən bildirdi ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il Naxçıvana səfər edənlərin sayında azalma müşahidə edilib: