EN

Orenburq zavodu yenidən Qazaxıstan qazının qəbuluna başlayıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın “Orenburq” qaz emalı zavodu yenidən Qazaxıstan qazının qəbuluna başlayıb.

APA xəbər verir ki, bu barədə “Tengrinews” məlumat yayıb.

Məlumata görə, bu, Qazaxıstanın “Karaçaqan” yatağında hasilatı əvvəlki səviyyəyə qaytarmağa imkan verəcək.

Eyni zamanda, ölkənin Energetika Nazirliyindən bildirilib ki, vəziyyət nəzarət altındadır və yaxın gələcəkdə yerli qaz emalı zavodu istifadəyə veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Orenburq vilayətində qaz emalı zavodu PUA hücumuna məruz qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
1
apa.az

2Sources