EN

Azərbaycanla Qazaxıstan arasında səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb- ÖZƏL

"Ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 sənəddən ibarət mükəmməl hüquq-müqavilə bazası formalaşıb, siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb. Oktyabrın 18-də Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində "Kazinform" Agentliyinə eksklüziv müsahibəsində ölkələrimiz arasındakı çoxtərəfli əməkdaşlıqla bağlı fikirlərini bölüşərək deyib: "Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür". Bütün bunlar sübut edir ki, ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də təhsil, mədəniyyət və humanitar sahələrdə də davamlı olaraq inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri isə qarşılıqlı əlaqələrimizi əhəmiyyətli dərəcədə gücləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
57
olaylar.az

1Sources