EN

Rəvan Həsənov: Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Azərbaycanın 2015-ci ildə hazırladığı Multikulturalizm fənni hazırda 27 xarici ali təhsil müəssisəsində tədris edilir".

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov Bakıda keçirilən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumda deyib.

O bildirib ki, bunun başlıca səbəbi ölkənin yaratdığı multikulturalizm modelinin dünyada maraqla qarşılanmasıdır:

"Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib. Qlobal vətəndaşlığın kimliyi, niyyətə əsaslanan kimlik problemi, multikultural tədris metodikasının işlənməsi, etik dəyərlərin təlimi kimi mövzular artıq təhsil proqramlarının ayrılmaz hissəsi olmalıdır. Xüsusilə Qərb universitetlərində bunu açıq şəkildə müşahidə edirik. Məsələn, "Religious and Global Ethics", "Religious and Law" kimi fənlər bir neçə ixtisasın sintezi kimi formalaşaraq yeni akademik istiqamətlərin yaranmasına səbəb olub. Bu isə müasir dünyanın labüd tələbinə çevrilib".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
1
oxu.az

2Sources