EN

Çin qəzəbləndi: Onları məhv edəcəyik

BAKI, 22 oktyabr. TELEQRAF

“Çin Tayvanda separatçı elementləri aradan qaldıracaq”.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Dövlət Şurasının Tayvan İdarəsinin rəsmi nümayəndəsi Çju Fenlyan ABŞ Prezidenti Donald Trampın Pekinin adanı zorla ələ keçirmək niyyətində olmadığı barədə sözlərini şərh edərkən deyib.

“Sülh yolu ilə yenidən birləşmə üçün geniş imkanlar yaratmağa, ən yüksək səmimiyyət göstərməyə və sülh yolu ilə birləşmə perspektivi naminə bütün səyləri göstərməyə hazırıq. Həmçinin, Tayvanın “müstəqillik” tərəfdarlarının istənilən separatçı fəaliyyətinə yer qoymayacağıq”, - diplomat bildirib.

Fenlyan xatırladıb ki, Tayvan məsələsinin həlli tamamilə Çinin daxili işidir. Onun sözlərinə görə, adada hakim olan Demokratik Proqressiv Partiyanın təxribat xarakterli addımları və materik Çindən ayrılmaq üçün xarici qüvvələrə arxalanmaq cəhdləri Tayvan boğazında sülh və sabitliyə ən böyük təhdiddir.

Donald Tramp bundan öncə bəyan etmişdi ki, Pekin Tayvana hücum etmək istəmir və Tayvan məsələsində Vaşinqtonla anlaşacaq. ABŞ lideri qeyd etmişdi ki, Amerikanın güclü silahları var və buna görə də heç kim onunla zarafat etməyəcək.

Chosen
25
teleqraf.com

1Sources