EN

İrakli Kobaxidze: Biz regionda sülhün qorunması üçün hər şey etmişik

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tbilisi, 22 oktyabr, AZƏRTAC

Biz ötən illərdə həm ölkəmizdə sülhün qorunması üçün, həm də bütün bu illər ərzində regionumuzda və daha geniş regionda sülhün möhkəmlənməsinə maksimum töhfə vermək üçün hər şeyi etmişik. İnanırıq ki, biz qonşu ölkələrimiz üçün etibarlı tərəfdaşıq.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstanın həm Azərbaycan, həm də Ermənistanla siyasi strateji tərəfdaşlıq bağları var.

“Həmçinin Mərkəzi Asiya bizim üçün xüsusi prioritetdir. Hesab edirik ki, bu istiqamətdə əməkdaşlığın inkişafı üçün daha çox potensial var. Biz əvvəldən sona qədər sülhün, əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi tərəfdaşlığın inkişafına yönəlmişik və əlbəttə ki, gələcəkdə də bu ruhda fəaliyyət göstərməyə davam edəcəyik. Biz bütün dost ölkələrlə əməkdaşlıq və tərəfdaşlığa ümid edirik”, - deyə Kobaxidze əlavə edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
1
azertag.az

2Sources