EN

Taleh Qaraşov şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR

Oktyabrın 22-də Vətən müharibəsi şəhidləri Allahverdiyev Samir Elçin oğlunun, Ağalı Zaur Kamil oğlunun, Əliyev Romir Rəşadət oğlunun  və Muradov Emin İbrahimağa oğlunun anım günüdür. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, şəhər İcra hakimiyyəti aparatının kollektivi və ictimaiyyətin nümayəndələri şəhidlərin Şiləvar kənd,  İstisu qəsəbə, Aşağı Nüvədi qəsəbə və Biləsər kənd qəbristanlığındakı qəbrlərini ziyarət edib, məzarları önünə tər güllər düzüb, ruhlarına dualar ediblər.

"Unikal" xəbər verir ki, Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.

Şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə onlara təşəkkürünü bildiriblər.

Chosen
66
8
unikal.az

10Sources