EN

"Ermənistan ilə Azərbaycan arasındakı sülh Qafqaza rifah və inkişaf gətirəcək"

Regional, beynəlxalq nəqliyyat və kommunikasiya imkanlarını inkişaf etdirmək vacibdir. Regionda nəqliyyat marşrutu layihələri rəqabətədavamlı deyil, bu marşrutlar bir-birini tamamlayacaq və Cənubi Qafqazın potensialını daha da artıracaq.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin 4-cü bəndinə əsasən, Qara dəniz dəmir yolunun açılması təkcə Ermənistanın deyil, həm də Gürcüstan və Azərbaycanın nəqliyyat potensialını artıracaq.

Chosen
24
1
demokrat.az

8Sources