Bakı. Trend:
Estoniyanın “SAL Recruitment” şirkəti ilin sonuna kimiAzərbaycanda filialını açmağı planlaşdırır.
Bunu Trend-əenergetika və maşınqayırma sahələrində işəgötürmə üzrəixtisaslaşmış “SAL Recruitment” şirkətinin direktoru Evald Qirtsızmüsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkət azərbaycanlı tərəfdaşları ilə fəaldanışıqlar aparır və bir il ərzində ölkədə ofisinin açılmasıimkanını nəzərdən keçirir.
“Biz həmkarlarımızla burada ilk dəfə martda olmuşuq, indi isəkonkret razılaşmalar barədə danışa bilərik. Bizim üçün Azərbaycandabirgə fəaliyyət üçün təməl rolunu oynayacaq tərəfdaşlar tapmaqvacibdir”, - deyə Qirtsız deyib.
“SAL Recruitment” direktoru vurğulayıb ki, şirkət personalicarəsi sahəsində , o cümlədən qaz, neft və qazma üzrəmütəxəssislərnin icarəsi sahəsində əməkdaşlıq etməkdəmaraqlıdır.
“Biz Norveç və Niderlandla əməkdaşlıq edirik, qazma qurğularındafəaliyyət göstəririk və ixtisaslı mütəxəssislərin cəlb olunmasıüçün bütün zəruri sənədləri rəsmiləşdirməyə hazırıq. Azərbaycanbizim üçün perspektivli istiqamətdir”, - deyə direktor əlavəedib.
Qeyd edək ki, şirkət aşağıdakı sahələr üçün mütəxəssislərlətəmin edir:
- Maşınqayırma və metal konstruksiyaların istehsalı sahəsi(qaynaqçılar montajçılar, və s.);
- Sənaye üsullu boyama (toz və maye boyama, metallizasiya daxilolmaqla);
- Günəş panellərinin quraşdırılması, tikinti, o cümlədəninfrastrukturun inkişafı;
- Kənd təsərrüfatı və fermerlik;
- Qonaqpərvərlik və təmizlik xidmətləri;
- Balıqçılıq sənayesi üzrə mütəxəssislər.