EN

Zirzəmidən tapılan körpənin valideynləri hələ də axtarılır

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Mingəçevirdə zirzəmidən tapılmış körpə xəstəxanaya yerləşdirilib - DİN-dən AÇIQLAMA


Bizim.Media “Unikal”a istinadən xəbər verir ki, həmin körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.
 

Bildirilib ki, həmin oğlan uşağının valideynləri hələ ki tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.


Xatırladaq ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdu.



Chosen
37
17
paralel.az

10Sources