EN

Azərbaycanda dabaq niyə sürətlə yayılır?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dabaq xəstəliyinin geniş yayılması nəticəsində heyvanların bir hissəsi xəstəliyə yoluxur, bəziləri isə tələf olur. 

Xəstəliyinə qarşı istifadə olunan peyvəndlərin keyfiyyətsiz olduğu barədə müxtəlif iddialar səslənir. Bəzi baytarlar isə xəstəliyin genişlənməsini peyvəndin saxlanma şəraitinin təlimata uyğun olmaması və düzgün temperaturda qorunmadığı üçün təsirinin azalması ilə əlaqələndirirlər. 

Bəs xəstəliyin geniş yayılmasına daha çox hansı amil təsir edir -peyvəndin keyfiyyəti, yoxsa onun düzgün saxlanmaması? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən baytar Cansu Məmmədova bildirib ki, hər iki amil də heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılmasına səbəb olur. “ Azərbaycanda dabaq (foot-and-mouth disease – FMD) peyvəndləri adətən xaricdən idxal olunur. 

Məsələn, Türkiyə, Rusiya, İran və ya Avropa istehsalı peyvəndlər ölkəyə gətirilir. Bu peyvəndlər beynəlxalq təsdiqli ola bilər, amma bəzən tenderlə alınan seriyalar keyfiyyətcə fərqli olur. Yəni bəzi hallarda peyvəndin özü zəif immunitet yarada bilir”. 

O qeyd edib ki, peyvənd mütləq düzgün temperaturda saxlanılmalıdır: 

“Peyvəndin saxlanma və daşınması ilə bağlı çox vaxt daha böyük problem olur. Peyvənd +2°C ilə +8°C arasında saxlanmalıdır. Amma bəzən bu norma pozulur. Açıq havada, yaxud bəzən günün altında saxlanılır və bəzən də açıq flakon halında qalır. Bu da vaksinin keyfiyyətinə təsir edir. Ümumi olaraq heç bir peyvəndi normativlərin pozulduğu halda saxlamaq olmaz”. 

Gülər 

“Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
1
cebheinfo.az

2Sources