EN

BMTM-nin mütəxəssisləri Ermənistanın Qafqaz Araşdırmaları İnstitutunun ekspertləri ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mütəxəssisləri Ermənistanın Qafqaz Araşdırmaları İnstitutunun ekspertləri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev özünün “X” hesabında məlumat verib.

“Bu gün İstanbulda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mütəxəssisləri Aleksandr İskəndəryanın rəhbərlik etdiyi Qafqaz Araşdırmaları İnstitutunun ekspertləri ilə müzakirələr apardı”, - Fərid Şəfiyev qeyd edib.

Chosen
59
2
apa.az

4Sources