Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mütəxəssisləri Ermənistanın Qafqaz Araşdırmaları İnstitutunun ekspertləri ilə görüşüb.
APA xəbər verir ki, bu barədə BMTM sədri Fərid Şəfiyev “X” hesabında bildirib.
“Bu gün İstanbulda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mütəxəssisləri Aleksandr İskəndəryanın rəhbərlik etdiyi Qafqaz Araşdırmaları İnstitutunun ekspertləri ilə müzakirələr aparıb”, - Fərid Şəfiyev qeyd edib.