EN

Rusiyada WhatsApp və Telegrama məhdudiyyətlər tətbiq edilib

Ajans.az xəbər verir ki,bu barədə Roskomnadzor-un açıqlamasına istinadən TASS agentliyi məlumat yayıb. Qurumdan bildirilib ki, məhdudiyyətlər cinayətkarlıqla, xüsusilə də terror fəaliyyətinə cəlb və vətəndaşlardan dələduzluq yolu ilə pul qoparma halları ilə mübarizə məqsədi daşıyır. "Cinayətkar fəaliyyətin, o cümlədən xarici messencerlərdən istifadə etməklə vətəndaşların terrorçuluğa cəlb olunması və fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür", – deyə Roskomnadzor-un məlumatında qeyd olunub. Qurum, həmçinin hüquq-mühafizə orqanlarından daxil olan müraciətlərə və vətəndaşların çoxsaylı şikayətlərinə əsasən bu qərarın verildiyini bildirib. Hazırda məhdudiyyətlərin konkret olaraq hansı regionlarda tətbiq olunduğu və hansı formada həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.

 

Chosen
63
Ajans.az

1Sources