EN

Zərdabda vətəndaş müraciətinin araşdırılmasına mane olan TikToker həbs olunub

Bakı. Trend:

Oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuşvətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvandaolublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiqtədbirlər görüblər.

Trend xəbərverir ki, müraciət üzrə araşdırma və izahatların alınması zamanıkənd sakini, özünü fəal TikToker kimi təqdim edən Laçın Əsədovtərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidmətifəaliyyətə qəsdən maneə yaradılıb.

O, intizama dəvət edilsə də öz fəaliyyətini davam etdirib.

Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib vəmüvafiq qərarla o, inzibati qaydada həbs olunub.

Chosen
76
20
az.trend.az

10Sources