EN

Makron Luvr Muzeyində təhlükəsizliyin gücləndirilməsini tələb edib - ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron Luvr Muzeyinin rəhbərliyindən əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini sürətləndirməyi tələb edib. Olaylar.az xəbər verir ki, bu barədə Yelisey sarayında keçirilən brifinqdə Nazirlər Kabinetinin sözçüsü və hökumət nümayəndəsi Maud Brejon məlumat verib. Brejonun sözlərinə görə, əlavə təhlükəsizlik tədbirləri artıq həyata keçirilmə mərhələsində olub, lakin prezident onların daha sürətli tətbiqini istəyib. O, həmçinin Luvr Muzeyinin rəhbəri Loran de Karın istefa ərizəsi təqdim etməsi barədə yayılan məlumatları təsdiqləməyib:
"Hazırda inzibati araşdırma aparılır. Onun nəticələrini gözləmək lazımdır", - deyə Brejon bildirib. Məlumata görə, Fransa Senatının mədəniyyət komissiyası günün sonuna qədər Loran de Karın hesabatını dinləyəcək. Hesabatda 19 oktyabrda baş vermiş oğurluq hadisəsi və təhlükəsizliyin gücləndirilməsi ilə bağlı görülən tədbirlər müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
26
olaylar.az

1Sources