EN

Avtobusdakı insidentin video görüntüləri araşdırılır - “BakuBus”dan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00-09:00 radələri arasında "BakuBus"  MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib.   

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "BakuBus"dan bildirildi ki, hadisə ilə bağlı hazırda  araşdırma aparılır. Məsələnin aydınlaşdırılması video müşahidə kameraları vasitəsilə həyata keçirilir. Qeyd edək ki, video görüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra həyata keçirilir.

Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcəkdir.

Aysel Əkbər
Milli.Az 

Chosen
132
50
milli.az

10Sources